Ərəb dilindən ingilis dilinə keçmiş 12 söz

Image result for arabian language

Ərəb dili dünyada ən çox istifadə olunan 5 dildən biridir, 400 milyon insan bu dildə danışır. Bu dilin ispan dilinə göstərdiyi təsir çoxlarına məlum olsa da, ingilis dilində hamı tərəfindən istifadə edilən bir neçə sözün ərəb dilindən götürüldüyü faktı o qədər də məşhur deyil. Bu sözlər aşağıdakılardır:
  1. Alcohol (alkoqol) sözü ərəb dilindəki al-kuhl (sürmənin bir növüdür) sözündən yaranıb. Kosmetik vasitə mineraldan alındığı üçün Avropa kimyagərləri ayrılma/distillə yolu ilə alınan hər şeyə alcohol deyə istinad etmişlər.
  2. Algebra (cəbr) sözü ərəb dilində ayrılmış hissələrin birləşdirilməsi mənasını verən al-jabr sözündən yaranıb. Bu söz ilk dəfə 9-cu əsrdə riyaziyyata aid traktatda istifadə olunub. Traktatın müəllifi olan Əl-Xarəzminin adı isə riyazi termin olan algorithm (alqoritm) sözündə öz əksini tapır.
  3. Candy (konfet) – amerikan ingiliscəsində istifadə olunan bu söz ərəb dilindəki qandsözündən əmələ gəlib. Bu sözün kökü sanskrit dilinə gedib çıxır və ərəb dilinə fars dili vasitəsilə keçmişdir.
  4. Coffee (qəhvə) – Şərqi Afrikadan gətirilən qəhvəni ərəblər qahwah adlandırmışlar. İngilis dilindən əvvəl bu söz türk (kahve) və italyan (caffè) dillərinə keçmişdir.
  5. Cotton (pambıq)
  6. Magazine (jurnal) – bu söz öz kökünü ərəbcə anbar mənasını verən makzin sözündən götürür. İtalyanlar magazzino sözünü ərəb dilindən, fransızlar magasin(mağaza mənasını verir) sözünü italyan dilindən, ingilislər isə fransız dilindən götürmüşlər.
  7. Mattress (döşək) – yastıqda yatmaq ərəblərin kəşfidir. Ərəbcə yastıqların yığıldığı yer mənasını verən matrah sözü latın dilinə materacium / materatium şəklində keçmiş, ingilislər isə italyan dilindən götürmüşlər.
  8. Orange (portağal) – sanskrit dilində portağal mənasını verən naranga sözü narangformasında fars dilinə keçmiş, ərəblər isə farslardan naranj şəklində mənimsəmişlər. Ərəb tacirləri portağalı İspaniyaya gətirmiş və bu söz naranja formasında ispan dilinə keçmişdir. Daha sonra un norenge formasında fransız dilinə keçmiş (müasir fransızca – une orenge), sonra isə ingilis dilinə keçmişdir.
  9. Safari (Afrikada vəhşi təbiətə səyahət) sözü svahili dilində ekspedisiya mənasını verən safari sözündəndir. Lakin svahili dilindəki bu söz öz kökünü ərəb dilindəki səfərsözündən götürür.
  10. Sofa (divan) sözü ərəbcə xalı döşənmiş, oturmaq üçün yer mənasını verən suffa sözündən yaranıb.
  11. Sugar (şəkər) – ərəb tacirləri Qərbi Avropaya gətirdikləri şəkəri sukkar adlandırmışlar.
  12. Zero (sıfır) – italyan riyaziyyatçısı Fibonaççi 13-cü əsrdə avropalıları sıfırla tanış etmişdir. O, Şimali Afrikada böyümüş, ərəb dilində heç nə, boşluq mənasını verən sifr sözünü öyrənmişdir. O, bu sözü zephrum şəklində latınlaşdırmış, italyan sözü olan zero da buradan yaranmışdır. Rum rəqəmlərində sıfırı ifadə edən heç bir işarə olmadığı üçün bu rəqəm ərəblərdən götürülmüşdür.