Rusca elektron kitabxanalar

Image result for russian literature

Rusca kitab oxumağı sevənlər üçün rusdilli elektron kitabxanalar:
  1. Maksim Moşkov kitabxanası (www.lib.ru) – ən məşhur rusdilli elektron kitabxanalardan biridir, 1994-cü ildən fəaliyyətə başlayıb. Kitabları ödənişsiz oxumaq mümkündür, lakin yükləmək mümkün deyil.
  2. aldebaran.ru – kitabları müxtəlif elektron formatlarda (epub, fb2, rtf, mobi, pdf) yükləmək mümkündür.
  3. Tolstoyun bütün əsərləri bir klikdə (www.readingtolstoy.ru) – dünyanın 49 ölkəsindən könüllülər Tolstoyun bütün əsərlərindən ibarət 90 cildlik külliyat hazırlayıblar.
  4. tarranova.lib.ru/about.htm – elektron arxivdəki bütün əsərlər müəlliflərin icazəsi ilə rəsmi şəkildə yerləşdirilib.
  5. Prezident kitabxanası (prlib.ru/Lib/pages/collections.aspx) – nadir rus nəşrləri elektron formada yerləşdirilir.
  6. www.libereya.com – yalnız qeydiyyatdan keçdikdən sonra elektron kitabxanadan istifadə etmək mümkündür.
  7. artefact.lib.ru/library – elekton kitabxanada 32 dildə 8 mindən çox mətn yerləşdirilib. Kitabları yalnız doc formatında yükləmək mümkündür.
  8. www.litmir.me – 200 000-dən artıq kitabı əhatə edir.
  9. www.bookland.com/rus – elektron kitab satışı ilə məşğul olsa da, xüsusi bölmədə 18 dildə pulsuz kitablar təklif edir.
  10. www.litres.ru – elektron kitab mağazası olsa da, xüsusi bölmədə pulsuz kitablar təklif edir.
  11. «Rus fantastikası» (http://www.rusf.ru/books/) – 180 müəllifin 10000 əsəri yer alıb.
  12. thankyou.ru/lib – musiqi və ədəbiyyat portalıdır.
  13. Etnologiya və Antropologiya İnstitutu (iea-ras.ru) – elektron kitab bölməsində pdf formatında kitablar yerləşdirib.
  14. Jurnal zalı (magazines.russ.ru/about) – Rusiyanın müasir ədəbi jurnallarının elektron kitabxanasıdır.