Avropa İttifaqı və Avropa Şurası: fərqlər

download.png

Avropa İttifaqı və Avropa Şurası – bu iki təşkilat tez-tez səhv salınır. Əksər hallarda bu səhv onların eyni təşkilat olması düşüncəsindən irəli gəlir.
Avropa İttifaqı (European Union) – siyasi olmaqla yanaşı, daha çox iqtisadi təşkilatdır. Əsası 1951-ci ildə Avropa Polad və Kömür Birliyi ilə qoyulmuşdur. Hazırda 28 üzvü olsa da, Böyük Britaniya təşkilatı tərk etməyə çalışır. Aİ insanların, əmtəənin, xidmətlərin və kapitalın sərbəst hərəkətinə əsaslanır, üzv ölkələr arasında vahid valyuta, vahid bazar prinsipləri tətbiq olunmuşdur.
Avropa Şurası (Council of Europe) – Avropada insan hüquqları, qanunun aliliyi, demokratiya prinsiplərini əsas tutan beynəlxalq təşkilatdır, əsası 1949-cu ildə qoyulmuşdur, 47 üzvü var. Azərbaycan 2001-ci ildən etibarən bu təşkilatın üzvüdür.
1955-ci ildə Avropa Şurası tərəfindən hazırlanan bayraq sonradan Avropa İttifaqı tərəfindən Avropa bayrağı kimi qəbul olunmuşdur. Avropa İttifaqının strukturuna daxil olan Şura (European Council) da Avropa Şurasından fərqləndirilməlidir. Çünki sonuncu müstəqil beynəlxalq təşkilatdır.