Analitik fəlsəfə cərəyanı nədir?

9780511841125i

Analitik fəlsəfə cərəyanı 1900-cü illərin ənənəvi düşüncə sistemlərini tənqid edərək qurulan və fəlsəfəsini bu istiqamətdə inkişaf etdirən bir fəlsəfə məktəbidir.
Bu cərəyan Analitik Fəlsəfə ilə yanaşı; Analiz, Oxford Fəlsəfəsi və Cambridge Analiz Məktəbi kimi adlarla da bilinməktədir.
Analitik Fəlsəfə Cərəyanının Qurucuları və Üzvləri.
Analitik fəlsəfənin qurucuları Cambridge filosofları G.E. Moore və Bertrand Russell`dir. Bu filosoflar Gottlob Frege, Ludwig Wittgenstein, Rudolf Carnap, Kurt Gödel, Karl Popper, Hans Reichenbach, Herbert Feigl, Otto Neurath və Carl Hempel kimi şəxsiyyətlərdən təəssirlənmişdirlər.
Russel və Moore`u İngiltərədə C.D. Broad, L. Stebbing, Gilbert Ryle, A.J. Ayer, R.B. Braithwaite, Paul Grice, John Wisdom, R.M. Hare, J.L Austin, P.F. Strawson, William Kneale, G.E.M. Anscombe və Peter Geach, Amerikada isə Max Black, Ernest Nagel, C.L. Stevenson, Norman Malcolm, W.V. Quine, Wilfrid Sellars və Nelson Goodman, Avstraliyada A.N. Prior, John Passmore və J.J.C. Smart izləmişdirlər.
Analitik Fəlsəfə Anlayışı.
Analitik fəlsəfə Hegel mənşəli “Mütləq Gerçəklik” anlayışı və idealizm sintezinə qarşı bir reaksiyanı təmsil edir. İdealist fəlsəfədə həqiqətin görüntülərdən tamamilə azad olduğu və fəlsəfənin də bu azad sahə ilə maraqlandığı qəbul edilmişdi. Analitik fəlsəfədə isə fəlsəfənin funksiyasının duyğularımızdan azad olduğu fərz edilən və ya inanılan sahə ilə bağlı fərziyyə irəli sürmək deyil, bilgi dediyimiz şeyin hansı mənada bir bilgi olduğunu linqvistik araşdırmalarla analiz etmək və fəlsəfədən intellektual qarışıqlıq və ya yanlış mənaya gələn və hətta yanlış verilən sualları çıxarış etmək olduğu qəbul edilməkdədir.
Analitik Fəlsəfə Haqqında Əlavə Bilgilər.
Analitik fəlsəfə pozitivizmin 20-ci əsrdəki müasir şəklidir. Neo-pozitivizm və ya məntiqçi pozitivizm olaraq da bilinən bu anlayışa görə fəlsəfənin əsl məşğuliyyət sahəsi dildir.
Bu yanaşmaya görə fəlsəfə varlıq, dəyər və tanrı barəsində doğruluğu test edilə bilməyən təlimlər irəli sürməməlidir. Fəlsəfənin vəzifəsi dildəki anlayışları təhlil etməkdir. Bu fəlsəfə anlayışına görə elmə əsaslanan bilgi doğru bilgidir. Bir bilginin doğru olub olmadığını anlamaq üçün də bilginin analizi lazımdır. Bu məqsədlə elmin istifadə etdiyi mülahizələrin quruluşu incələnir. Bu da dil analizidir.
Analitik fəlsəfəyə görə fəlsəfədə ortaya çıxan problemlərdən biri qeyri-səlis məntiqi nəticələr, digəri fərqli mənaları olan sözlərin bir birinə qarışdırılmasıdır. Bu səbəblərdən qaynaqlanan problemləri həll etmək üçün də qeyri-səlis məntiqi nəticələr yerinə açıq-aydın məntiqi nəticələr yaratmaq və tək mənalı sözlərdən meydana gəlmiş süni bir dil sistemi qurmaq gərəkdir.
Bu cərəyanın əsas təmsilçiləri Ludwig Witgenstein, Mortiz Schlick, Rudolf Carnap və Hans Reichenbach`dır.
Tərcümə : Nailə İsgəndərova