“Xatirələr üçün təşəkkürlər” Seselia Ahern

teshekkurler

Yazı üslubunu bəyəndiyim yazarlardan olan Seselia Ahern mənim üçün fransız yazarı Mark Levi ilə eyni pillədə dayanır. Hər iki yazarın əsərləri elə sadə, canlı, aydın ifadə olunur ki, insan kitabı birnəfəsə oxuyub bitirmək istəyir.
Bu gün “Ölməz sevgi romanlar”ın müəllifi Seselia Ahernin “Xatirələr üçün təşəkkürlər” (“Thanks for the memories”) romanı haqqında olan təəssüratlarımı yazmaq istəyirəm. Bu roman “Romantik şedevr-2009″ mükafatının qısa siyahısına düşüb.
Əsər iki ayrı adamın- Biri İrlandiyalı Coys Konvey, digəri Amerkalı Castin Hiçkokun ətrafında olan hadisələrdən bəhs edir. Saranın təkidi ilə könüllü qanvermə aksiyasında iştirak edən Castinin qanı uşağını itirmiş Coysa köçülür. Bu əməliyyatdan sonra Coys sanki yeni həyatın başladığını hiss edir. Xəstəxanadan çıxandan sonra saçlarını kəsdirmək üçün bərbərxanaya gəlir və burada Castinlə rastlaşır.Tanımasalar da hər ikisi bir-birə doğmalıq hisss edir. Coys həyat yoldaşı Konordan ayrılır, atasının evinə köçür. Coysun həyatında olan dəyişikliklər təkcə bunlar deyil, onun şəxsi seçimlərində, intellektualında da dəyişikliklər olur. Məsələn, o üç dildə danışa bilir, memamarlıq, incəsənət haqqında çoxlu biliklərə malik olur. Coys Castinin həyatında olacaq hadisələri hiss edir, onun ətrafında olur və bir gün qızı Beadan onun qanköçürmə ilə bağlı dediklərini öyrənir. Coys Castinə bir səbət maffin göndərir, səhər ona bir fincan qəhvə və qəzet gətirir, quru təmizləmədəm paltarlarını alır, Dublinə gələndə özəl maşın tutur və hər dəfə də bunların yanında “Təşəkkür edirəm” başlıqlı məktub qoyur. Sonda iki qəhrəmanın biri-birini tanıması və birləşməsi ilə bitir.
Roman bir az fantastik, əyləncəli, maraqlı şəkildə qələmə alınıb. Burada diqqətimi çəkən məqamlardan biri də, Coysun atası ilə olan münasibətləridir. Mr. Konvey fədakar ata obrazıdır. Heç vaxt şəhərdən kənara çıxmayan Konvey qızını yalnız qoymamaq, pis günlərində ona dəstək olmaq üçün Londona gedir. Heç vaxt hava limanında olmayan atası orada kiçik anlaşılmazlıqdan bir otağa salınır və duyğulanaraq deyir ki, hər şeyimi alın ancaq qızımın Londona getməsinə mane olmayın.
Roman 2013-cü ildə “Qanun nəşriyyatı” nəşr edib. Azərbaycan dilinə İlahə Əkbər tərcümə edib.
“Xatirələri satmaq olmaz”
“Mən tələsmişdim. Bu mənim səhvim idi. Bəlkə də mən ömrüm boyu tələsmişəm”.
“Bəxt düzxətli olmur. Çatmaq istədiyin yerə gedən yol dümdüz olmur”.
“Bəzən hərəkətlər sözlərdən daha çox şeyi başa salır”.
“Sevgi və müharibə eyni özüldə dayanıb”.
“Cavablar qayalıqların altında və ağacların arasında gizlənmir. Cavblar düz yanımızda , gözümüzün qarşısında olur. Biz görmək istəməsək, onları heç vaxt tapa bilməyəcəyik”.
SƏMƏDOVA JALƏ