Ərtoğrul Fırkateyni və Türk-Yapon dostluğunun hekayəsi

ph6

II. Əbdülhəmid 1887-ci ildə Yaponiya imperatoru Komeiinin qardaşı oğlu bir döyüş gəmisi ilə İstanbulu ziyarət etməsinin ardından Yaponiyaya bir heyət göndərilməsini əmr etmişdi. Gəmi II Əbdülhəmiddən Yapon İmperatoruna ləl-cəvahiratlı imtiyaz nişanı və digər hədiyyələri aparacaqdı.
Padşahın istəyi üzərinə donanmanın ən gözəl gəmisi bu iş üçün təsis edildi.Ancaq bəzi mütəxəssislər bu gəminin çürük olduğunu və bu səfəri tamamlayamayacağı istiqamətindəki hesabatlarına baxmayaraq Ərtoğrul Fırkateyni 1889-cu ildə iyulunda İstanbuldan yola çıxdı.Marşrutu boyunca müxtəlif limanlarda dayanaraq səyahət edirdi. Firkateyn müsəlmanlar tərəfindən görkəmli sevgi nümayişləriylə qarşılanır, gəmini bəzən minlərlə adamdan ibarət olan qruplar ziyarət edirdi. Gəmi 11 ay sonra 7 İyun 1890-cı il tarixində Yaponiyanın Yokohama Limanına çatdı.
İmperator Komeii Türk admiralını və heyətini görkəmli bir şəkildə qarşıladı. Şəhər xalqı Türk admiralının saray avtomobili ilə İmperatorun yanına gedişini sevgi nümayişləriylə təqib etdi.
ph6
Ərtoğrul Fırkateyni yapon sularında qaldığı üç ay boyunca ətrafındakı minlərlə yapon qayığına 50 nəfərlik bando qrupuyla konsertlər verdi. Nəhayət geri səfəri üçün hazırlıqlar tamamlandı. Yola çıxılacağı gün Yapon Dəniz Qüvvələrinin tayfun xəbərdarlığına baxmayaraq  planlandığı kimi 15 Sentyabr 1890-cı il tarixində Yokohama Limanından ayrıldı. Kuşimoto sahillərində tayfuna tutulan Ərtoğrul Fırkateyni 16 Sentyabr 1890-da qayalara çırpılaraq batdı. Qəzadan yalnız 69 dənizçi xilas oldu, Admiral Osman Bəy də daxil olmaqla, digər ekipaj həyatını itirdi.
Ərtoğrul Fırkateyninin tragedik sonu Türk-Yapon xalqlarını yaxınlaşdırdı. Yapon xalqı qəzadan xilas olanlara böyük kömək və yaxınlıq göstərdi. Torajiro Yamada adlı bir Yapon şəhid yaxınları üçün kömək kampaniyası təşkil etdi. Toplanan pul eyni adam tərəfindən dövrün padşahına təslim edildi. Həyatda qalan 69 dənizçi, Yaponiya İmperatorunun təlimatıyla Hiei və Konqo adlı iki əsgəri gəmi ilə İstanbula göndərildi.
Qəzada ölənlərin xatirəsinə Kuşimotoda bir abidə tikilmişdir. İlk abidə Yaponlar tərəfindən 1891-ci ildə tikilirkən, 1929-ci ildə yenə Yaponlar tərəfindən genişləndirilmişdir. Şəhidlik Abidəsi 3 İyun 1929-cu il tarixində Yapon İmperatoru tərəfindən də ziyarət edilmişdir. 1937-ci ildə Türkiyə tərəfindən bərpa edilən abidə qarşısında hər il nizamlı olaraq xatırlama mərasimləri keçirilir.
Kuşimoto qəsəbəsi Mersin və Yakakent ilə qardaş şəhərdir. Kuşimotoda bir də muzey var. 1974-cü ildə inşa edilən “Türk Muzeyi”ndə Ərtoğrul Fırkateyninin maketi, gəmidəki əsgər və komandirlərin fotoşəkilləri və heykəlləri var.
Şəhidlər arasında Həsən Əli Yücelin anası Nəyyirə xanım tərəfindən babası və Can Yücəlin ulu babası Kapitan Əli bəy də var idi.