
Çox insanın bildiyi kimi Şimali Koreya “özünəməxsusluğu” ilə digər ölkələrdən seçilir, ancaq az-çox bu haqda məlumatımız olsa da, bu bilgini artırmaq lazımdır. Bilmədiklərimizi birlikdə öyrənək.
Şimali Koreya hökuməti insanlara bir çox yalanlar danışır. Məsələn, “Cənubi Koreya ABŞ işğalı altındadır”, “Dünyada ən yaxşı ölkə Şimali Koreyadır”, “Digər ölkələrdə aclıq və səfalət daha çoxdur” və s.Şimali Koreyada hər 5 ildən bir demokratik şəkildə seçkilər keçirilir, ancaq əhaliyə tək seçim şansı verilir, o da Kim Yong Un-dur.
Ölkədən xaricə getmək cinayət sayılır, ncaq istisna hallarda icazə verilə bilər. Şimali Koreyadan qaçıb Çinə sığınmaq istəyən şəxslər tapılıb edam edilir. Belə gözəl ölkədən vətəndaş niyə qaçsın ki?
Ölkə məktəblərində riyaziyyat kimi fənnlər keçirilsə də, əsas mövzu tarixdir. Kim ailəsi haqqında hər bir dərsdə danışılır və insanlar hakimiyyət başçılarının müqəddəs olduğuna inandırılıb. Vətəndaşlar inanır ki, Kim Yong-Un istədiyi vaxt yağış yağdıra bilər.
Ölkə əleyhinə olan bir şəxs aşkar edildikdə, o xüsusi düşərgəyə göndərilir. Fikirləri dəyişmədiyi halda yaşamaq haqqı əlindən alınır. Bu düşərgələrin birində ana uşağı ağladığı üçün onu öldürmək məcburiyyətində qalmışdır.
Şimali Koreya xalqına görə “Cənubi Koreya” anlayışı yoxdur. Dünyada bir Koreya var. Ölkə rəsmi olaraq Koreya Xalq Demokratik Respublikası adlandırılır.
Ümid edirəm, bu postumuzdan sonra cənab Kim Yong bizi də edam etdirməz. Adını səhv tələffüz edən, yazan şəxs də cəzalandırılır.
