ATƏT, Avropa Şurası kimi avropa strukturları və yeni dünya düzəni


Avropada gərginliyin azaldılmasında qarşıdurma siyasətindən əməkdaşlıq siyasətinə keçid, kommunist imperiyasını qapalı cəmiyyətdən tədricən açıq cəmiyyət quruluşuna çevirmək siyasəti hələ 70- ci illərdən ATƏM-in əssas pioritet istiqamətlərindən biri idi.
Bu mexanizmin həyata keçirilməsinin əsas aləti 1975-ci ildə Helsinkidə Sovet İttifaqının da üzv olduğu və 35 ölkənin iştirak etdiyi Avropada təhlükəsizlik və əməkdaşlıq Müşavirəsi təşkilatın tərəfindən (ATƏM) Helsinki Yekun Aktının qəbul edilməsi oldu.
Bu təşkilatın yaranmasına səbəb bir tərəfdən Amerika daxilində Niksonun xarici siyasət konsepsiyası ilə ənənəvi idealizmə əsaslanan konservativ istiqamət tərəfdarlarının uzun sürən mübarizəsi nəticəsində – insan haqları xarici siyasət sahəsində Amerikanın bir nömrəli məsələsi olmalıdır ortaq postulatı, digər tərəfdən isə Moskvanın özünə inamsızlıq və legitimliyə hədsiz canatması oldu. Özünün qəbirqazıyanı rolunda çıxış edəcək bu təşkilatın yaranmasında Sovet İttifaqının hədsiz canfəşanlığı, çox güman ki, bu gün də Rusiyanın xarici siyasətində özünü göstərən NATO-nu ATƏT-lə əvəz etməklə onun ləğvinə gətirmək meyli ilə bağlı idi. Bu xalis özünü aldatma idi. Çünki NATO-nun hərbi reallıqlarını və kontinentdə Amerika silahlı qüvvələrinin iştirakını Avropa dövlətlərinin ATƏM-in deklorativ-bürokratik konstruksiyalarına dəyişəcəyini düşünmək sadəlövhlük olardı. Moskva bu müşavirədən çox şey itirdi, ona görə ki, üzv dövlətlərə o cümlədən Amerikaya, Şərqi Avropanın və SSRİ-nin siyasi yenidən qurulmasında səs hüququ verdi. Hələ ATƏM təsis edilməmişdən əvvəl Nikson administrasiyası diplomatik danışıqların mövzusu kimi 1969-cu ildən başlayaraq yəhudilərin Sovet İttifaqından emiqrasiyasına icazə verilməsi məsələsini irəli sürmüşdü. Amerika-Sovet münasibətlərinin yaxşılaşdırılmasından sonra Kreml Amerikanın «dəlillərilə» razılaşmağa başladı. Yəhudilərin emiqrasiyası ilbəil artaraq 1973-cü ildə 35 min nəfərə çatdı. Bundan əlavə Ağ ev müntəzəm olaraq sovet rəhbərliyinə çətin halların siyahısını göndərirdi: ayrı-ayrı şəxslərə çıxış vizasının verilməsindən imtina, ailələrin bölünməsi və ya kiminsə həbsxanaya düşməsi və s. hallar. Bu qəbildən olan sovet vətəndaşlarının əksəriyyətinin emiqrasiyasına icazə verildi. Sonralar Sovetlərin ölkədən getmək istəyənlərdən «guya təhsilə görə «getmə haqqı» almaqla emiqrasiyaya məhdudiyyət qoymaq cəhdlərinin də qarşısı alındı.
Daha sonra Amerika özünün müşavirədə iştirakını Berlin üzrə Alman-Sovet müqaviləsinin bağlanması və Avropada silahlı qüvvələrin qarşılıqlı balanslaşmış ixtisarı və bütün qalan məsələlər üzrə Sovetlərin mülayim mövqedə olması ilə şərtləndirdi. Yalnız bu şərtlər ödənildikdən sonra 35 dövlətin nümayəndələri Helsinkidə toplaşdı. Amerikanın təsiri ilə sərhədlərin tanınması müddəası onları güc yolu ilə dəyişməmək öhdəliyi şəklində meydana çıxdı ki, bu da BMT nizamnaməsinin birbaşa təkrarı idi. Əvəzində ABŞ-ın təkidilə buraya «Aşağıda imza atmış dövlətlər hesab edir ki, onların sərhədləri beynəlxalq hüquq əsasında dinc vasitələrlə və saziş yol ilə dəyişdirilə bilər»- prinsipi əlavə edildi. Helsinki sazişinin ən əsas müddəası «üçüncü səbət» adlanan insan hüquqlarına aid hissəsi idi (I və II səbətlər siyasi və iqtisadi məsələlərə aid idi). «Üçüncü səbət» sovet satellitləri orbitinin dağılmasında aparıcı rol oynadı.
Doğrudan da məhz ATƏT çərçivəsində insan hüquqlarının təminatı üzrə müəyyən öhdəliklər götürməklə Sovet İttifaqı addım-addım qapalı rejimdən insan haqlarının tədricən ön plana keçməsilə qeyri-stabil vəziyyətə gətirildi və əvvəl Şərqi Avropadan getmək məcburiyyətində qaldı və daha sonra isə dağıldı.
Məhz ATƏT çərçivəsində müşavirədən müşavirəyə insan hüquqlarının təminatı üzrə daha böyük öhdəliklər götürən kommunist rejimi daxili siyasətini ona uyğunlaşdıracaq islahatları vaxtında həyata keçirmək iqtidarında olmadığından dağıdıldı. «Üçüncü səbətə» imza atmış ölkələrin sənəddə sadalanmış müəyyən əsas insan hüquqlarını həyata keçirmək və təmin etmək barədə öz üzərlərinə götürdükləri öhdəliklər Sovet İttifaqında dissidentlər və islahatçılara qarşı repressiyaların aradan qaldırılacağına ümid verirdi. Sonradan Şərqi Avropanın islahatçı qəhrəmanları öz ölkələrini Sovet hökmranlığından xilas etmək uğrunda mübarizədə «Üçüncü səbətdən» həmrəylik və birliyin təməli kimi istifadə etdilər. Çexoslovakiyada Vaslav Havel, Polşada isə Lex Valensa məhz bu müddəalardan ölkə daxilində və onun xaricində təkcə sovetlərin hakimiyyətini deyil həm də öz ölkələrində kommunist rejimlərinin dağılmasında istifadə etdilər.
Beləliklə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi çox mühüm iki rol oynadı: ilkin mərhələdə o, Sovetlərin Avropada davranışını mülayimləşdirdi və SSRİ daxilində repressiyaların qarşısını almağa və rejimin liberallaşmasına xidmət etdi, sonradan isə Sovet imperiyasının dağılmasını sürətləndirdi. Tarixin ironiyasıdır ki, amerikalılar bu müşavirədə iştirak etdiyinə və Helsinki yekun aktına qol çəkdiyinə görə Fordu tarixi satqınlıqda ittiham etmişdilər. Əslində isə Helsinkidə müharibədən sonrakı dövrdə ilk dəfə olaraq insan hüquqları və əsas azadlıqları məsələsi Şərqlə Qərb arasındakı dialoqların və danışıqların əsas məsələsi kimi qəbul edildi.
ATƏT tərəfindən qəbul olunmuş mühüm sənədlərdən biri də 1990-cı ilin noyabrında üzv dövlətlər tərəfindən qəbul edilmiş “Yeni Avropa üçün Paris Xartiyası” adlı sənəd idi. Bu Xartiya Avropa xalqları üçün ümumi olan – demokratiya, insan haqlarına hörmət, bazar iqtisadiyyatı və qanuna üstünlük verilməsi kimi dəyərlərə əsaslanırdı.
1999-cu ildə İstambulda 54 üzv dövlət tərəfindən qəbul olunmuş “Avropa təhlükəsizlik xartiyası”  dünya birliyi üçün təhlükə törədən problemlər öz ifadəsini tapdı. Xartyada dünya birliyi təhlükəsizliyinin konsepsiyası verildi.
Ümumiyyətlə ATƏT tərəfindən qəbul olunmuş bir sıra qərarlar dünyada təhlükəsizlik sisteminin yaradılmasında və qarşılıqlı əməkdaşlığın genişləndirilməsində, eləcə də regional konfiliktlərin həllində  çox mühüm əhəmiyyətə malikdir. Bu baxımdan ATƏT yeni dünya düzəninin formalaşmasında rol oynayan mühüm oyunçulardan biridir.
ATƏT, Avropa Şurası və digər təşkilatların qərarları konsensus əsasında qəbul edilir və əsasən tövsiyyə xarakteri daşıyır. Bu təşkilatların qərarları tövsiyyə xarakteri daşıdığından onların sanksiyalar və ya güc tətbiq etmək səlahiyyətləri yoxdur. Bu regional təşkilatların əsas vəzifəsi dünyada və regionda təhlükəsizliyin qorunması və əməkdaşlıq problemlərini müzakirə edib ümumi mövqelər müəyyən etməklə dünya və regional düzəni tənzimləyəcək qanunlar sistemi müəyyənləşdirməkdən ibarətdir. Bütün dünyada qəbul edilmiş dəyərlər sistemi hələ formalaşmadığına görə Amerikada və Avropada qəbul edilmiş dəyərlər sistemi bu gün Asiyada qəbul edilməyib.
Аvropa Şurası

Аvropa Şurası (АŞ) əsasən Аvropa məkanında insan hüquqlarının müdafiəsini təmin edən təşkilat kimi tanınır. АŞ fəaliyyəti demokratik prinsiplərin və insan hüquqlarının müdafiəsi və təmin edilməsinə yönələn regional beynəlxalq təşkilatdır. Təşkilatın hər bir üzvü hüququn ümumi prinsiplərindən olan və beynəlxalq hüququn ümumtanınmış prinsiplərindən olan və bir sıra beynəlxalq sənədlərdə, o cümlədən BMT Nizamnaməsində, Ümumdünya İnsan Hüquqları Bəyannaməsində öz əksini tapmış əsas insan hüquq və azadlıqlarına hörmət edilməsi prinsipini rəhbər tutmalıdır. Belə ki, Şuranın Nizamnaməsinə əsasən, onun əsas məqsədlərindən biri insan hüquq və azadlıqlarının təmin edilməsidir. Nizamnaməyə əsasən, Şuranın istənilən üzvü hüququn aliliyi prinsipini tanıyır və belə bir prinsipi qəbul edir ki, onun yurisdiksiyası altında olan istənilən şəxs insan hüquqlarından və əsas azadlıqlarından istifadə etməlidir.
İnsan hüquqlarına hörmət edilməsi və hüququn aliliyi Аvropa Şurasına üzvlük üçün zəruri şərtlərdir. Bundan əlavə yeni üzvlüyə namizəd dövlətlər üçün milli azlıqların hüquqlarının qorunması “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Аvropa Кonvensiyasını imzalamağa və qısa zaman ərzində ratifikasiya etməyə hazır olmaq və s. bu kimi əlavə tələblər irəli sürülür.
Böyük Аvropanın yaradılması ideyasının reallaşdırılmasının sürətləndirilməsi məqsədilə Baş Кatib tərəfindən 2001-2005-ci illər üçün fəaliyyət planı işlənib hazırlanmışdır. Yeddi bənddən ibarət olan bu plan demokratik, sabit, vahid Аvropanın formalaşmasına xidmət edir. Plan əsasən aşağıdakılardan ibarətdir:
–         АŞ-nın siyasi təsirinin gücləndirilməsi yolu ilə demokratik prinsiplərin bərqərar olması;
–         Ümumavropa insan hüquqları məkanının formalaşdırılması;
–         demokratik ənənələrin inkişaf etdirilməsi və dövlətlər tərəfindən onlara əməl edilməsinin təmin edilməsi;
–         Аvropa İttifaqı, АƏTƏT və BMT ilə əlaqələrin möhkəmləndirilməsi;
–         müşahidəçi-dövlətlərlə əlaqələrin genişləndirilməsi və s.