Yarımçıq xatirələr (film, 2015) / ONLİNE İZLƏ

Image result for yarimciq xatireler

Film 1941-ci ildə Brest qalasını faşistlərdən qəhrəmancasına qorumuş və 50 ildən sonra doğma Qarabağını erməni işğalçılarından müdafiə etməyə qalxmış bir əsgərin taleyindən bəhs edir. Filmin qəhrəmanı iki müharibənin iştirakçısıdır. Filmdəki hadisələr Qarabağ müharibəsinə rus zabitinin gözü ilə baxışı əks etdirir. Qarabağda ermənilər tərəfdə döyüşən rus kapitanı Vanya veteran Azəri öldürür, sonra isə yaşlı azərbaycanlı snayperin gündəliyini tapır. Babasının Böyük Vətən müharibəsində veteran Azər ilə birgə döyüşdüyünü öyrənən rus zabiti onun meyitini Azərbaycan tərəfinə vermək üçün öz həyatını təhlükəyə atır, eyni zamanda gündəliyi vərəqlədikcə ekranda 1941–45-ci ilin hadisələri canlanır.

Film haqqında
Filmin təqdimat mərasimi 9 may 2015-ci ildə Nizami Kino Mərkəzində keçirilmişdir.
Film faşizm üzərində qələbənin 70 illiyinə həsr olunmuşdur.
Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Gülzar Qurbanova 28 dekabr 2015-ci ildə "Yarımçıq xatirələr" filminə görə "Ən yaxşı qadın rolunun ifası" nominasiyasında "Qızıl Pəri" mükafatına layiq görülmüşdür.
Filmin çəkilişinə Müdafiə və Daxili İşlər nazirlikləri dəstək göstərib.
Filmdə erməni obrazlarını gürcü aktyorları canlandırmışdır.
Film Belarusfilm kinostudiyasının texniki dəstəyi ilə çəkilib.
Film Belarusun Brest, Minsk şəhərlərində, Vileyka qəsəbəsində, eyni zamanda Azərbaycanda lentə alınıb.
“Bizim kino günləri”ndə filmə baxış keçirilmişdir.

Filmin heyəti
Film üzərində işləyənlər
Ssenari müəllifləri : Konstantin Vorobyov, Yavər Rzayev
Quruluşçu rejissor : Elxan Cəfərov
Quruluşçu operator : Nadir Mehdiyev
Prodüser : Müşfiq Hətəmov
Quruluşçu rəssamlar : Rafiq Nəsirov, Vadim Şafranski
Bəstəkar : Polad Bülbüloğlu
Səs operatoru : Tariyel Həsənzadə
Səs rejissoru : Mehman Nadirov
Montaj : Elşad Rəhimov
Rejissorlar : Tatyana Xvaley, Çingiz Həsənov
Redaktorlar : Ramiz Rövşən, Yusif Şeyxov
İcraçı prodüser : Azər Quliyev
Dialoqların müəllifi : Ramiz Fətəliyev
Geyim üzrə rəssamlar : Darya Romanova, Elfira Hüseynova
Maliyyə meneceri : Emil İbrahimov
Xətt prodüserləri : Aydın Hacıyev, Yuri İvanov

Rollarda:
Bəhruz Vaqifoğlu - Azər (Gənc)
Qurban İsmayılov - Azər (Yaşlı)
Mixail Kaminskiy - Vanya
Georgi Tsaava - Artavazd
Gülzar Qurbanova - Janna
Andrey Milyuxin - Stankeviç
Zurab Nijaradze - Rantik
Şamil Süleymanov - Səməd
Veronika Plyaşkeviç - Nadya
Aleksandr Pavlov - Sergey
İvan Matskeviç - Polkovnik
Kərim Pokaçakov - Yakut
Rza Rzayev - Cavanşir
Qeogi Murdjikneli - Samvel
Anatoli Quryev
Otar Mikeladze
Aleksandr Ilin
Sergey Şiroçin
Yevgeni Baxar
Nikolay Ryabıçin
Dmitriy Qlazaçev
Viktor Vasilyev
Rövşən Ağayev - Azərbaycan döyüşçüsü
Faiq Məmmədov - Azərbaycan döyüşçüsü
Cavanşir Hadıyev - Azərbaycan döyüşçüsü



FİLMİ ONLİNE ŞƏKİLDƏ İZLƏYİN: