Game of Thrones-dakı Starbucks fincanının reklam dəyəri: 2,3 milyard dollar

game of thrones

Ölkəmizdə də kifayət qədər izləyicisi olan Game of Thrones serialının 8-ci sezon 4-cü seriyasında maraqlı bir hadisə yaşandı. Bu seriyada keçirilən bir şənlik səhnəsində Daenerys-in qarşısında Starbucks fincanının kameralara düşməsi bütün diqqətli izləyiciləri təəccübləndirdi. Hazırda bir çox mənbədə bu hadisənin reklam məqsədi daşıdığı və dəyərinin 2.3 milyard dollar olduğu iddia edilir.Bütün dünyada milyonlarla insanın izlədiyi, 8 sezondur davam edən və haqqında edilən paylaşımları ilə sosial şəbəkələrdə rekordlar qırılan serial Game of Thrones bu sezon etibarı ilə ekranlara vida etməyə hazırlaşır. Ancaq serial 4-cü seriyanın ekrana gəldiyi bir səhnədə maraqlı bir hadisəyə imza atdı.

Starbucks fincanının dəyəri 2,3 milyard dollar

Televiziya tarixinin ən çox izlənilən seriallarından olan Game of Thrones serialında edilən bir səhv bütün dünya gündəmini qarışdırdı. Xəyali bir dünyada keçən Game of Thrones-un 8-ci sezon 4-cü seriyasında bir səhnədə yer alan Starbucks fincanı diqqətli gözlərdən yayınmadı.
Sözügedən Kofe fincanının Starbucks-a aid olmaması ortaya çıxsa da Amerikanın nəhəng kofe şirkətinin 2,3 milyard dollar dəyərində reklam etməsinə gətirib çıxardı.

Sosial Mediada gündəm oldu

Dünyanın ən çox tanınan kofe satıcılarından olan Starbucks-a aid olduğu düşünülən fincan sosial mediada trend oldu. İzləyənlərin müxtəlif zarafatlar və tənqidlərlə sosial media üzərindən yaydığı hadisə barədə Game of Thrones və Starbucks hashtagı ilə sadəcə ilk 48 saat içində 193 min paylaşım edildi.

Serialın səhvi Starbucks üçün reklam oldu

Marketinq şirkətlərinin araşdırmalarına görə Starbucks-ın ödəniş etmədiyi bu viral reklamın hesablana bilən mümkün dəyəri 2,3 milyard dollardır. Bu rəqəm, marketinq mütəxəssislərinə görə, sadəcə hesablana bilən çox az bir hissəsidir. Həmçinin, fincanın serialda yol verilən bir səhv ucbatından orada olması bu reklamın daha effektiv olmasına səbəb oldu.