“Köhnə Diplomatiya” və onun beş əlaməti


Diplomatiya tarixinin öyrənilməsi göstərir ki, hər bir dövlət eyni diplomatik vasitələrdən istifadə etməmişdir və istifadə etdiyi hər bir vasitəyə eyni əhəmiyyət verməmişdir. Bəzi dövlətlər diplomatiyaya daha çox əhəmiyyət vermiş, bəziləri isə onun əhəmiyyətini kifayət qədər qiymətləndirməmişlər. Diplomatiyanın tarixinə nəzər saldıqda dövlətlərin müxtəlif diplomatiyalarının olmasını görmək olar.
Ədəbiyyatda köhnə və yeni diplomatiya arasında fərq aparılır və köhnə diplomatiyaya bəzən diplomatiyanın fransız metodu da deyilir- Nikolsona görə, tarix boyu diplomatik təcrübənin inkişafına uç diplomatik metod təsir göstərmişdir: yunan, italyan və fransız metodları. Fransız metodu köhnə diplomatiya kimi tanmır. Bu me­tod Rişelyenin adı ilə bağlıdır. XVII əsrdən XX əsrin əvvəllərinədək bütün Avropa dövlətləri fransız metodunu qəbul etmişlər. Diplomatiyanın fransız metodunun, yəni köhnə diplomatiyanın beş əlaməti vardır.
1.Köhnə diplomatiyanın birinci əlamətinə əsasən Avropa ən mühüm qitədir. Asiya, Afrika, Latın Amerikası isə Avropa dövlətlərinin kommersiya, imperialist ekspansiyasınm zonaları kimi qələmə verilir. Diplomatiya yalnız Avropa dövlətləri arasında tətbiq edilir. Digər qitələrlə münasibətdə diplomatiyanın yerinə güc tətbiq edilir. Başqa sözlə desək, köhnə diplomatiyanın birinci əlamətinə əsasən, yalnız Avropa dövlətləri öz aralarında yaranan problemlemləri danışıqlar vasitəsilə həll edə bilərlər.
Köhnə diplomatiya özünün bu əlamətinə görə məhdud idi və yalnız bir neçə ölkə onun iştirakçısı idi (ABŞ 1897-ci ilədək təcrid olunmuş vəziyyətdə idi);
2. Köhnə diplomatiyanm ikinci əlaməti onun birinci əlamətinin məntiqi davamı idi. Onun ikinci əlamətinə əsasən, kiçik dövlətlərin dövlətlərarası münasibətlərdə roluna əhəmiyyət verilmirdi. Kiçik dövlətlər yalnız böyük dövlətlərə müharibə vaxtı və уа müharibə ərəfəsində hərbi resurslarını, döyüş aparmaq üçün ərazilərini, təbii sərvətlərini təklif etdikdə, onların əhəmiyyəti artırdı. Kiçik dövlətlərin hərbi cəhətdən zəif olmalari onları diplomatik cohətdən də zəif edirdi. Buna görə də onlar dünya siyasətində müstəqil siyasət aparmağa qadir deyildilər. Böyük dövlətlər, adətən, onların maraqlarını nəzərə almırdılar;
3. Köhnə diplomatiyanın üçüncü əlamətinə əsasən böyük dövlətlər kiçik dövlətlərin dövlətlərarası münasibətlərdə özlərini aparmaqlarına və ümumilikdə sülhün qorunmasına görə məsuliyyət daşıyırdılar. Balkan müharibələri vaxtı Avropanm böyük dövlətləriori birlik-də kiçik dövlətlər. arasındakı münaqişəyə müdaxib etmişdilor. Bu müdaxilə 1913-cü ildo Londonda çağnlmış böyük dövlətləri səfırlərinin konfransı formasında baş vermişdir. Bu konfrans köhnə dip­lomatiyanın tətbiq edilməsinin son və әn uğurlu bir təcrübəsi idi. Konfransın əhəmiyyəti ondan ibarət idi ki, о, beynəlxalq münasibətlər sahəsində kiçik bir böhranın böyük bir böhrana keçməsinin qarşısını aldı.
4. Köhnə diplomatiyanın dördüncü əlaməti hər bir Avropa ölkəsində peşəkar diplomatik xidmətin təsis edilməsindən ibarət idi.  Diplomatik xidmətdə çalışanların demək olar ki, hamısı eyni biliyə və təcrübəyə malik idilər. Onlar səylərini müharibənin qarşısının alınmasına yönəltmişdilər. Diplomatlar təmsil etdikləri dövlətlərdən bir qədər müstəqil şəkildə fəaliyyət göstərərək müharibənin qarşısını almaq üçün birlikdə əllərindən gələni edirdilər. Məsələn, 1913-cü ildə Fransanın, Rusiyanın, Almaniyanın, İtaliyanın və Avstriyanın səfirləri tərəfindən Balkan böhranının qarşısının alınması onunla izah olunurdu ki, bu səfirlər bir-birinə inanırdılar (baxmayaraq ki, onların təmsil etdikləri dövlətlərin aralarında konkret nıübahisəili məsələlər var idi) və onlann һәr biri müharibənin əleyhinə çıxış edirdi;
5. Köhnə diplomatiyanın beşinci əlaməti belə bir qaydada özünü birüzə verirdi: danışıqlar gizli aparılmalıdır. Diplomatiyanın gizli xarakteri xalqın danışıqların məzmunundan xəbərdar olmamasını və onun danışıqlara hər hansı bir formada təsir etməsinin qarşısının alınmasını nəzərdə tuturdu. Diplomatiyanın gizli xarakteri belə bir arqumentə əsaslanırdı: danışıqlar zamanı qarşı tərəflər bir-birinə müəyyən güzəştlər edirlər. Lakin, adətən, xalq qarşılıqlı güzəştləri birtərəfli güzəştlər kimi, yəni qarşı tərəfə münasibətdə edilən güzəştlər kimi qəbul edir. Nəticədə dövlətin daxilində narazılıq artıq və danışıqlar pozulur. Gizli diplomatiyanın əsas üstünlüyü onda idi ki, danşıqlar ardıcıl bir proses formasında həyata keçirilirdi. Köhnə diplomatiyanın gizli xarakteri tərəflərə fikirləşmək üçtin kifayət qədər vaxt verirdi. Danışıqlar zamanı tərəflər razılığa gələ bilmədikdə onlar müəyyən vaxtdan sonra danışıqları davam etdirə bilərdilər, çünki danışıqların məzmunu əhaliyə bəlli olmurdu və əhali diplomatlara bu və уа digər qərarın qəbul edilməsində təzyiq edə bilmirdi.
Mənbə: A. Abbasbəyli – “Beynəlxalq Münasibətlər Nəzəriyyəsi”