Böyüklüyünə görə dünyanın beşinci şəhəri olan, 8500 illik tarixə malik İstanbul həm də Türkiyənin mədəni, iqtisadi və maliyyə mərkəzidir. Mərmərə dənizi, dənizdə görünən adalar, məşhur Xəlic limanı, İstanbulu Avropa və Asiya ilə birləşdirən körpü, Bosfor boğazı bu şəhərə xüsusi gözəllik verir və bu gözəlliyin fonunda o, dünyanın tayı-bərabəri olmayan şəhərinə çevrilir.
Hər addımında insana tarixi xatırladan qədimliklə müasirliyi, şərqlə qərbi özündə yaşadan İstanbul Avropa Birliyi Mədəniyyət Nazirləri Şurasının qərarı ilə 2010-cu ildə Avropanın mədəniyyət paytaxtı seçildi. İstanbulun tarixi abidələrinin çoxu YUNESKO-nun Dünya İrsi siyahısına daxil edilib. Şəhərdə ən böyük tarixi abidələr Sultan Əhməd meydanındadır. Roma, Bizans və Osmanlı imperatorluqlarının izlərini özündə yaşadan meydanda məşhur Sultan Əhməd camesi, Topqapı sarayı və Ayasofya məbədi yerləşir.
Mənim də uşaqlıqdan ən böyük arzum bu gözəl şəhəri görmək idi. Nə təsadüf ki, həm İstanbulu gəzdim, həm də sevimli klubum "Qalatasaray"ın oyununa canlı şəkildə stadiondan izlədim.
İlk olaraq, daima izlədiyimiz və izləyəcəyimiz "Hababam Sınfı"nın muzeyinə, daha sonra əfsanəvi Barış Mançonun ev muzeyinə getdim. Həmçinin Qalata qülləsi, Kadıköy, Marmaray, Eminönü, Taksim meydanı, Sultanahmet məscidi və s. yerlərə getdim.
22.10.2019 tarixində isə UEFA Çempionlar Liqası çərçivəsində keçirilən "Qalatasaray"-"Real Madrid" oyununa getdim.
İstanbulda gəzdiyim yerlər və stadion haqqında video və fotoreportajımı buyurun izləyin.
Xoş istirahətlər...
İSTƏK POST (MP3, KLİP, ALBOM, KİTAB, MARAQLI MƏLUMAT VƏ S.)
Əziz oxucular! Bu post "İstək bölümü" adlanır. Bu postda Siz istədiyiniz xəbəri sifariş edə bilərsiniz. Axtardığınız mahnı, klip, video, kitab, maraqlı faktlar, hekayələr, araşdırmalar, Beynəlxalq münasibətlər, ordan-burdan faktlar və s. haqqında qısa xülasəni bu postun altına yaza bilərsiniz. İstəklərinizi bildirmək üçün: 1) Şərh bölməsinə öz istəyinizi yazırsınız; 2) İstədiyiniz məlumat haqqında 1-2 qısa cümlə; 3) Mənbə üçün link (fayla aid qısa nümunə); 4) Audio-video şəklində olan qısa nümunə. QEYD: Sizlərə gün ərzində cavab veriləcək. Əgər cavab gecikərsə, zəhmət olmasa aşağıda göstərilən E-mail və ya Əlaqə nömrəsi ilə əlaqə saxlayın! Daha təcili əlaqə üçün: zeynal.zeynalli@hotmail.com +994556465825 (WhatsApp)




















































