Latın amerikalı olmayan, amma Latın Amerikasında yerləşən ölkə

coinmag

Qayana – Latın Amerikasında yerləşən yeganə ölkədir ki, əhalisi rəsmi olaraq ingilis dilində danışır. Maraqlıdır ki, ölkənin rəsmi adı Qayana Kooperativ Respublikasıdır. Bu ad, 1970-ci illərdə kənd təsərrüfatında kooperativlərin inkişafı kursu ilə əlaqəlidir.
GettyImages-170300497.jpg
Atlantik okeanının sahil əraziləri o qədər də cazibədar deyil, buralar əsasən, bataqlıqlardan ibarətdir. Ölkə ərazisinin 90%-ni sıx cəngəlliklər təşkil edir.
GettyImages-142528082.jpg
Ölkədə bütün yollar torpaq yollarıdır. 8 min km-lik yol infrastrukturunun yalnız 590 km-i asfaltdır. Sıx cəngəlliklər üzərindən asma körpülər çoxluq təşkil edir.
GettyImages-74076688.jpg
Ölkənin ən hündür ərazisi Rorayma dağıdır. Bu yer, Artur Konan Doyl üçün ilham mənbəyi olub. O, öz məşhur “İtirilmiş dünya” romanını buradan ilhamlanaraq yazıb. 
GettyImages-988636186.jpg
Qayanada kanal və drenaj sisteminin inkişafı holland təcrübəsinə minnətdar olmalıdır. Ölkədə su problemi yoxdur.
GettyImages-488064187.jpg
Evlər üçün xarakterik olan odur ki, hamısı taxtadandır. Burada çox mərtəbəli binalar yoxdur, maksimum 1-3 mərtəbəli binalar var.
GettyImages-148810012.jpg
Məbədlər də taxtadandır. Yeri gəlmişkən, ölkədə Çin və Hindistandan gələnlər çoxluq təşkil edir. Karib hindustani dili, ingilis dilindən sonra ikinci ən vacib dildir. Əhalinin 28%-i hinduizmə sitayiş edir.
GettyImages-875882312.jpg
GettyImages-168542577.jpg
Qayanada qoruqlarda ən nadir fauna növləri qorunmaqdadır. Hansı ki, bu növlərin əksəriyyəti yox olmaq təhlükəsi ilə üz-üzədir.
GettyImages-975223728.jpg
Qayana, Niaqara şəlaləsindən təxminən beş dəfə, Viktoriya şəlaləsindən isə iki dəfə böyük olan Kayetur şəlaləsi ilə də məşhurdur.