
Biz azərbaycanlılar susadıqda çay içməyə adət etmişik. Yəni sudan çox çay içirik. Əslində isə gün ərzində 2 stəkandan artıq çay içmək ziyandır. İnsan orqanizmi isə sutka ərzində 2 litr maye qəbul etməlidir. Belə olan halda bizə, sadəcə, su içmək qalır. Əlbəttə ki, söhbət təmiz sudan gedir.
Healthis Assistance olaraq suyun ən önəmli faydalarını təqdim edirik:
⭕️ Su təməl enerji qaynağıdır.
⭕️ Arıqlamanın ən yaxşı yolu su içməkdir. Nizamlı fasilələrlə su için və ciddi bir rejim saxlamadan arıqlayın. Acdığınız zaman çox yeməməli, amma susadığınızda suyunuzu içməlisiniz.
⭕️ İmmunitet sisteminin mərkəzi olan sümük iliyində, bu sistemi xərçəng də daxil olmaq üzrə, müxtəlif xəstəliklərə qarşı gücləndirər.
⭕️ Ağciyərlərdə oksigen yığan qırmızı qan hüceyrələrinin iş səmərəsini artırar.
⭕️ Susuz qalmaq cinsiyyət hormonunun istehsalına əngəl olur, bu iqtidarsızlıq və cinsi istəyin itməsinin əsas səbəblərindən biridir.
⭕️ Oynaq boşluqlarındakı təməl yağlayıcı maddədir, artrit və kürək ağrılarının meydana gəlməsinin qarşısının alınmasında köməkçi olur.
⭕️ Bağırsaqları ən yaxşı işlədən yağlayıcı maddədir, qəbizliyin qarşısını alır.
⭕️ İnfarkt və insulta qarşı qoruyucudur.
⭕️ Qanı sulandırır və qan dövranı zamanı laxtalanmanın qarşısını alır.
⭕️ Kafein, alkol və bəzı dərmanlara asılılığın aradan qaldırılmasında kömək edir.
⭕️ Stress, gərginlik və depresiya hallarının zəifləməsində çox köməyi olur.
⭕️ Yuxunu qaydaya salır.
⭕️ Dərini yumşaldır, nəmləndirir və yaşlılıq əlamətləri olan qırışların azalmasında köməkçidir.
Healthis Assistance olaraq suyun ən önəmli faydalarını təqdim edirik:
