Seçilmiş 30 atalar sözü

    1. Get özünə dost qazan, düşmən ocaq başındadır.
    2. Əvvəl öyrən, sonra düşün
    3. Həqiqi sevgi yaxşılıq görəndə artmayan, pislik görəndə azalmayandır
    4. Ən yaxşısını düşün, ən pisinə hazır ol 
    5. Bilənlər danışmaz, danışanlar bilməz
    6. Haram gəldi halalı da apardı
    7. Dostu tapmaq çətin, itirmək asandır
    8. Az düşünən çox danışar
    9. Yel ilə gələn, sel ilə gedər
  10. Ağac nə qədər yüksək olsa, yarpaqları yenə də tökülər
  11. Cəsarətin bittiyi yerdə əsarət başlayır 
  12. Biçmək üçün əkmək lazımdır
  13. İki fikir bir fikirdən daha yaxşıdır
  14. Qadına inanan, özünü aldadar. İnanmayan da qadını aldadar
  15. Ağıllı bir adam tək öz təcrübələrindən, çox ağıllı bir adam başqalarının da təcrübələrindən faydalanar.
  16. Dünyada qüsursuz iki insan vardır. Biri ölmüşdür, o biri isə doğulmamışdır.
  17. Erkən qalxmayan arvad, söz dinləməyən övlad, mahbuzla getməyən at qapında varsa qaldır at.
  18. Yalançı tamahkarı aldadar.
  19. Yoxsul geydi, hamı dedi: hardan gətirdin?
  20. Ya dəvə ölər, ya dəvəçi, ya da üstündəki hacı.
  21. Ya lələ şələni basar, ya şələ – lələni.
  22. Ac deyir doymaram, tox deyir acmaram.
  23. Hacət dedik, höcət demədi
  24. Sən oxuyanları mən toxumuşam.
  25. Tarısın tanımayandan sən nə umursan?!
  26. Çubuğu vaxtında əyməsən, böyüyəndə əyilməz.
  27. Əkinçi ol, biçinçi olma!
  28. Bazar quruldu, hesab duruldu.
  29. Zor qapıdan gələndə haqq bacadan qaçar.
  30. Yuxarı baxıb fikir eləyincə, aşağı baxıb şükür elə.