Əgər ailədə pul qazanan yalnız kişidirsə, qadın icazəsiz onun pulundan götürə bilməz. Bu, düzgün hərəkət deyil və halal sayılmır. Ailə hər şeydən əvvəl qarşılıqlı anlaşma, düzgünlük, səmimiyyət üzərində qurulmalıdır.
Hər şeydən əvvəl, bu, ailənin xeyrinə olan bir məsələdir. Çünki əksər ailələrdə pulu xərcləyən, alış-verən edən kişidir və o, öz cibindəki pulun miqdarını bilməlidir ki, lazım olan vaxt həmin məbləği xərcləmək istəyərkən pis duruma düşməsin. Əlbəttə, kişi də öz üstünlüyündən sui-istifadə etməməli, qadının bütün zəruri xərclərini qarşılamalıdır. Bu işlər səmimiyyət və qarşılıqlı anlaşma, ədalət müstəvisində tənzimlənməlidir.
