Xarici dil öyrənmək elə də vacib deyil. Lüğət, fellər, qrammatika, ləhcə.. Bütün bu çətinliklər hətta dili öyrənməyə başlamamış insanı qorxudur. Lakin ikinci dil öyrənmək şəxsi keyfiyyətləri inkişaf etdirmək üçün vacib element sayılmaqla yanaşı bir çox professional qapıları üzünüzə açır.
Xarici dili öyrənməyin 10 qızıl qaydasını təqdim edirik:
- Nə qədər tez öyrənsəniz yaxşıdır
Bəli, hamımız bilirik ki, uşaqlar böyüklərə nisbətən daha asan öyrənirlər. O zaman onları uşaq ikən niyə də ikinci dil öyrənməyə həvəsləndirməyək? Bundan başqa dil öyrənmək beynin inkişafını da sürətləndirir; uşaqlar daha sonra digər sahələrdə də çətinlik çəkməyəcəklər.
- Xarici ölkədə öyrənmək ən yaxşısıdır
Əgər artıq müəyyən yaşı keçmisinizsə o zaman niyə 6 aylıq xarici ölkəyə səhayət etməyəsiniz? Dil öyrənmənizi asanlaşdırmaq üçün ana dili həmin dil olanların arasında olmaqdan yaxşı heçnə yoxdur! Bu sizə dilin ahəngini və kitabda yazılanlardan fərqli olaraq gündəlik həyatda işlənilən ifadələri mənimsəməyə imkan verəcək.
- Filmlərə original dildə baxmaq
Əlbəttə ki, maaş almadan məzuniyyət götürmək məcbur deyil, dili öyrənmək üçün başqa variantlar da var, məsələn subtitr ilə filmlərə original dilində baxmaq. Bu sizə real ləhcəni götürməyi və həmçinin gündəlik həyatda işlənən söz və söz birləşmələrini öyrənmək imkanı verəcək! Bu həmçinin ingilis dili səviyyəsi yaxşı olan uşaqlardan da görünür: cizgi filmlərinə original dildə baxmağa başladıqdan sonra uşaqların ingilis dili inkişaf edir.
- Söz ilə yox cümlə ilə öyrənin
Yalnız sözləri öyrənmək heç də yaxşı metod deyil. Həmin sözləri düzgün kontekstdə işlətmək adətən çətin olur. Buna görə də həmin sözləri cümlədə işlədərək öyrənmək məsləhət olunur: bu həmin sözləri yaxşı yadda saxlamağı və daha sonra istifadə etməyi asanlaşdırır.
- Təkrar, təkrar, təkrar
Hər səhər 15 dəqiqə dil öyrənmək dilin mənimsənilməsi üçün kifayət edər. Dil öyrənmək asandır, amma daha vacib olan onu yadda saxlamaqdır! Buna görə də dili uzunmüddətli yadda saxlamaq üçün, eyni cümləyə təkrar-təkrar qulaq asın, bir neçə dəfə oxuyun.
- Fikrinizi qrammatika qaydalarına cəmləməyin
Təbii ki, qrammatika qaydaları və qaydasız felləri bilmək lazımdır. Lakin vacib olan ümumi olaraq dilin mexanizmini başa düşməkdir. İstisnalar hər zaman mövcuddur, amma onları yadda saxlamağa başlamaq səhvdir.
- Danışın və praktika edin !
İkinci mərhələ danışmağa başlamaqdır ! Əgər ətrafınızda əcnəbi dostlarınız varsa, əla ! Əks halda müxtəlif forumlardan qeydiyyatdan keçin və ya əcnəbi müəllim ilə üz-üzə və ya telefonla danışmağa çalışın. Uğurun sirri praktikadadır !
- Səhv etməkdən qorxmayın
Hətta çox çalışmısınızsa da ilk başda səhvlər qaçılmazdır. Buna görə də səhvlərin üzərində dayanıb diskussiyadan yayınmaq lazım deyil. Əsas məsələ sizi dinləyənin sizi başa düşməsidir və qarşı tərəf yeri düşdükcə sizin səhvlərinizi düzəldəcəkdir.
- Özünüz üçün məqsədlər müəyyənləşdirin
Dil öyrənmək uzun və yorucu bir prosesdir, əzmli olmaq lazımdır. Məqsəd qoymaq onu yadda saxlamaq üçün vacibdir. Həftədə 2 dəfə 1 saat olmaqla özünüz üçün seçdiyiniz dili öyrənmək üçün müəyyənləşdirin və öyrəndiyiniz cümlələri hər gün 15 dəqiqə təkrar edin. Bunu öz cədvəlinizdə qeyd edin və əgər həqiqətən inkişaf etmək istəyirsinizsə bu cədvələ toxunmayın.
- Öyrənmə üsullarınızı şaxələndirin
Oxuyun, original dildən filmlər izləyin, dostlarınızla danışın.. Üsulun fərqi yoxdur, əsas məsələ dili öyrənməkdən zövq almağınızdır. Xaricilərin təşkil etdiyi tədbirlərə getməkdən çəkinməyin və özünüzü onların içinə atın ! Hətta sizi hər zaman başa düşməsələr də və siz özünüzü iki üç dəfə yalnız hiss etsəniz də siz oradan çox şey öyrənəcəksiniz. Uğurlar !
