iPhone 6S haqqında bilməli olduğunuz hər şey və daha artıq


Apple-ın San Francisco-da baş tutan təqdimatında 12 meqapiksel kameralı və 3D Touch idarə etmə sistemli iPhone 6S və iPhone 6S Plus nümayiş olundu.
iPhone 6S-də tanıma texnologiyası əvvəl iddia edildiyi kimi Force Touch deyil, 3D Touch adlandırılıb. Onun köməyi ilə istifadəçilər fərqli funksiyalar həyata keçirə biləcək. Kontekst menyunu açmaq və ya kamerada dərhal selfi rejiminə keçid etmək buna misal ola bilər.
3D Touch iOS 9-a “dərin inteqrasiya olunub”. O sistemin özündən başqa digər proqramlarda da avtomatik olaraq işləyəcək. Apple 6S displeyin basılmanı iki növ təyin etməsi sistemiylə yanaşı (güclü və zəif) Apple Watch Taptic Engine-dən yararlanıb. Əslində bu vibrasiyanın daha inkişaf etmiş formasıdı.
iPhone 6S A9 çip əsasında işləyir. Bu iPhone 6-dan 70% daha güclüdü. Apple qrafikanın da 90% daha güclü olacağını vəd edir. Hərəkətlərə nəzarət edən M9 prosessoru yeni cihazda daimi işləyəcək və gedilən məsafəni daha dəqiq ölçəcək. Cihaz Touch ID ikinci nəsil skanerlə də təmin olunub, həmçinin 12 meqapikselli (bir neçə nəsil dəyişməyən) daha nazik avtofokusa və 4K video çəkiliş imkanına da sahibdi. Frontal kamera 5 meqapikselə qədər artırılıb. “Flash” əvəzinə ekranda lazım olan tonda işıq yanması da yeniliklərdən biridi.
Cihazın korpusu Apple Watch-da da istifadə olunan 7000 alüminium seriyasından hazırlanıb. O iPhone 6-dan 60% daha möhkəmdi. Smartfonlar yeni rənglə — “qızılı çəhrayı” və möhkəmlənmiş qabaq Ion-X şüşəsiylə təmin olunub.
iPhone 6S və iPhone 6S Plus satışa 25 sentyabr tarixində çıxacaq. Bir çox ölkələrin rəsmi Apple saytında yeni ayfonların “tezliklə” olacağı bildirilir. Onların qiymətləri (dollara) əvvəlki qiymətlərdən o qədər də fərqlənmir. İstifadəçilər həmişəki kimi 3 model əldə edə biləcəklər — 16, 64 və 128 GB.
Buna baxmayaraq iPhone 6S-in 6-dan daha zəif batareyaya sahib olacağı deyilir. 3D Touch texnologiyasının təqdimat videosunda smartfonun arxasındakı akumlyatorun həsminin 1715 mAh olduğunu görmək mümkündü. Hazırki modeldə isə bu göstərici 1810-di.
6S-dən əlavə Apple yeni nəsil iPad Pro, Apple TV və Steve Jobs-un heç xoşu gəlməyən rəqəmsal qələm — Apple Pencil də təqdim edib.