Son zamanlar internetdən pul qazanmaq ilə bağlı facebook və digər sosial şəbəkələrdə xeyli paylaşım görmüsünüz. İnanıb, cəhd etmisiniz və kiçik qazanclar əldə etmisiniz (qəpik-quruş), ya da böyük bir 0. Bu işlər vaxtınızı alan işlərdi və nəticədə kiçik məbləğlər qazanacağınız yerlərdi.
İnternetdən pul qazanmaq xəyallarınız suya düşmüşkən, sizə öz bacardığınız sahə üzrə normal iş kimi evdə çalışaraq, əməyinizin qarşılığını alacağınız işlərin olduğu 7 saytı təqdim etmək istəyirəm:
1) FreelancerEvdən İş İmkanı təqdim edən 7 Freelance saytdan ən çox iş sayına sahib olan saytlardan biridir. Bütün dünya ölkələrindən sifariş almağınıza imkan verir. İngilis dili bilməyənlər üçün Türkcə menyu və Türkcə işlər də var. Logo dizaynından, mətn yazarlığına, tərcümələr, proqramlaşdırma və.s sahələrdə xeyli iş imkanı verir.
2) GuruUğurlu freelance saytlarından biridir. Bu günə qədər 1 milyondan çox işin tamamlandığı, 200 milyon dolları keçən ödənişlərin edildiyi bir platformadır.
3) ProbloggerProblogger daha çox ingilis dilində bilənlər üçün yaxşı iş imkanıdır. Xüsusilə blog yazarlığı təcrübəniz varsa və bu işi ingilis dilində etmək istəyirsinizsə, bu sayt vasitəsilə ciddi gəlirlər əldə edə bilərsiniz.
4) ElanceBir ay içərisində orta hesabla 100 min yeni iş elanın olduğu böyük bir saytdır. Elance bu günə qədər freelance üzvlərinə 1.4 milyard dollar pul qazandırıb.
5) TotalƏn çox bilinən saytlardan biridir. Dünya çapında 90-dan çox ölkədə sərbəst işçisi var. Seçici saytdır, müraciət edənlərin 3%-ini qəbul edir.
6) UpworkFreelance sahəsinin ən etibarlı ünvanlarından biridir. Saytın türkcə dil dəstəyi də var. Keçmiş adı Desk idi. 1999-cu ildə qurulub. 2016-cı ildə Upwork 12 milyon işçiyə 1 milyard dollara yaxın pul qazandırıb. 5 milyon müştərisi var.
7) iFreelanceBu yazımızda bəhs etdiyimiz saytlar içərisində ən kiçiyi olsa da ingilis dilində mətn yazarlığı və proqramlaşdırma sahələrində xeyli iş elanı var. İşdəki uğurunuz sizin yeni freelance işlər tapmağınızda köməkçi olur.İnternet istifadəsiylə birlikdə freelance yəni, sərbəst iş termini də həyatımıza daxil olub. Artıq evdən, kafedən və.s digər yerlərdən internet üzərindən işləmək mümkündür. Freelance çalışmaq digər ölkələrdə o qədər yayılıb ki, part-time işi olmayan insanlar da günorta fasiləsində, ya da işdən sonra kompüterdə otururaraq, əlavə gəlir əldə edirlər.
