
BOMBA PARTLAYIŞI ANINDA ULDUZ HAMİDİYYƏ MƏSCİDİNİN QARŞISI
Daşnaqların Türkiyədəki son sui-qəsd təşəbbüslərindən biri də II.Əbdülhəmidə qarşı həyata keçirdikləri sui-qəsddir. Papazyan deyirdi ki, “Türkiyə erməniləri sonuncu dəfə belə bir əməliyyat həyata keçirdilər. Bu Daşnaqsütunun təntənəli, lakin sonu müvəffəqiyyətsizliklə sonuçlanan adi təşəbbüslərindən biri idi. Daşnaqların müvəffəqiyyəti ermənilərin heç bir xeyrinə olmazdı, lakin müvəffəqiyyətsizlikləri sözsüz ki, erməni xalqını böyük bir faciədən xilas etmişdir”. Xristofor Mikailyan ilə birlikdə arnavudköylü Vram Şabuh Kəndiryan, Belçikalı Joris və həyat yoldaşı, yarı yunan Silvio Rişçi, Almaniyada doğulmuş və orada böyümüş Lipa-Rips, Torkom (Artaş Haçik Kapitanyan), Safo (Konstantin Kabulyan), Mari Zayn, Garo (Hamparsum Ağacanyan), Kris Fənərçiyan, Aşot (Karlo Yovanoviç) və bir neçəsi Qafqazdan və Avropadan gəlmiş məşhur və peşəkar sui-qəsdçilər İstanbulun mərkəzində toplanaraq sui-qəsdin planlarını qurmağa başladılar. İlk vaxtlar sui-qəsdçilər Polonezköyə gedərək orada 12 bomba partaldaraq sınaq testləri həyata keçirmişdir. Xristofor Mikailyan rus yəhudi biznesmen pasportu sayəsində Rusiya səfirliyindən aldığı diplomatik forma daşıyan tövsiyyə məktubu ilə bir neçə dəfə Səlanik tədbirlərinə getmiş, orada sərbəst dolaşaraq sui-qəsd üçün faydalı ola biləcək incələmələr həyata keçirmişdir. Onların planı o idi ki, padşah təyin olunmuş yerdən keçərkən üstünə bomba atsınlar. Lakin Səlanikdə yollara qum tökülməsi səbəbi ilə bu plan ləğv olundu. Çünki qumluq sahədə bombanın partlamama ehtimalı var idi. Daha sonra Ramazan ayının on beşinci günündə yolda iki adamın tapança ilə padşaha atəş açılması təklifi irəli sürülmüşdü. Planın müəllifi Joris idi və o, Ulduz sarayından Dolmabaxçaya qədər olan yolun üstündə bir ev kirayələməyi təklif edirdi. Təyin olunan vaxt sui-qəsdçilər əllərində silah sultanı gözləməyə başlamışdılar. Lakin bu dəfə isə sultan Çırağan sarayına Ulduz sarayının içindəki parkdan keçərək getmişdi. Bununla da komitəçilərin bu planı də müvəffəqiyyətsizliyə uğradı. Nəhayət komitəçilərin xarici qonaqların da olduğu məkanda bomba partlatmaq və bomba yüklü bir araba (fayton) partlatmaqla əməliyyatı həyata keçirməyi qərara aldılar və bunun üzərinə xeyli taktikalar, hesablamalar etməyə başladılar. Qərara alındı ki, güllələr xarici ölkədə hazırlansın və testlər də xarici ölkədə icra olunsun. Əməliyyatın əsas rəhbərlərindən olan Xristofor Mikailyan hər dəfə Ulduz sarayına gedərək Sulatn Əbdülhəmidin məscidə hansı saatlarda getdiyini gözətləmiş, araba ilə məscid arasında nə qədər məsafənin olduğunu addımları ilə ölçmüş, saat ilə də vaxtı hesablamışdı. Beləliklə, Yıldız Hamidiyyə məscidinin həyətində xarici ölkə nümayəndələrinin arabalarının arasında gizlənərək padşaha ən yaxın olan avtomobilin içinə saatlı bomba qoyub onu partladaraq onun və ətrafındakı insanların yox edilməsi planlaşdırılmışdı. Bunun üçün sürücünün oturacağı yerə 120 kq tutumu olan dəmir sandıq düzəltdirilmişdi və bombanın partladılması üçün 1 dəq 42 saniyəlik saatlı bomba quraşdırılmışdı. Arabanı Komitə üzvü olan, köhnə professional qatil Zare Xaçikyanın idarə etməsi planlaşdırılmışdı. 18 iyul tarixində partlayıcı maddə arabaçının oturacağının altına qoyulmuş və içərisinə 500 kapsula da yerləşdirilmişdi. Hər şey hazırlandıqdan sonra 21 iyul 1905-ci il, cümə günündə Salamlıq rəsmindən sonra (Salamlıq rəsmi – padşahın hər cümə namazından sonra qarşısında hərbi qarovolun və elm xadimlərinin həyata keçirdiyi təntənəli keçiş) Əbdülhəmid saraya dönən zaman məscidin önündə partladılmışdı. O gün məsciddən çıxdıqdan sonra Əbdülhəmidin şeyxülislamla görüşməsi və bu səbəbdən bir – iki dəqiqə gecikməsi sui-qəsdin müvəffəqiyyətsizliklə sonlanmasına gətirib çıxarmışdı. Hadisə ilə əlaqədar geniş istintaq prosesi başladılmışdə və nəticədə Avstriya təbbəəsinə mənsub belçikalı Eduard Joris adlı bir şəxs edama məhkum edilmişdi. Lakin o cəmi 2 il həbs yatdı və ir müddət sonra həbsxanadan Saraya gətirilən Joris ermənilərin əleyhinə çalışmaq məqsədi ilə ayda 500 lira maaş kəsilməklə Avropaya Osmanlı agenti olaraq göndərilmişdir. Bu sui qəsd nəticəsində 26 dan çox insan həlak olmuşdur. Ölənlər arasında xarici ölkələrin nümayəndələri də var idi.
